Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Strasburqda Avropa Şurasının qərargahında 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun iclası keçirilmişdir.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır. İclasda YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri, Avstriya Federal Mədəniyyət və Təhsil Nazirliyinin şöbə müdiri Norbert Riedl və müstəqil ekspert Robin Vilson iştirak etmişdir.
Azərbaycan tərəfindən görüşdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov və həm Avropa Şurası, həm də YUNESKO yanında daimi nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
İclasda forumun gündəliyi, konsepsiya sənədi, əlavə təşkil ediləcək tədbirlər barədə müzakirələr aparılmışdır.
Müzakirələr nəticəsində forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların, tədbiri dəstəkləyən beynəlxalq qurumlar tərəfindən təşkili və müvafiq moderatorlarla təmin etmələri, həmçinin tədbirin konsepsiya sənədinin sistemli şəkildə hazırlaranaq iştirakçılara göndərilməsi razılaşdırılmışdır. Bununla yanaşı forum çərçivəsində Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" proqramının qlobal bir layihə kimi təsis edilməsi və həmin şəhərlərin rəhbərlərinin ayrıca görüşünün təşkil edilməsi, həmçinin Azərbaycanın bir şəhərinin mədəniyyətlərarası şəhər seçilməsi üçün təqdim edilməsi, habelə Avropa Şurası Şimal-Cənub Mərkəzinin Avropa "think-thank" görüşünün təşkili barədə ümumi razılıq əldə olunmuşdur.
İclasda forumun təşkili və sənədlərin hazırlanması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək bütün tədbirlərin cari ilin yanvar ayının sonuna kimi yekunlaşdırılması və fevral ayının əvvələrində işçi qrupun növbəti iclasında təqdim edilməsi qərara alınmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında