İsrail Dövlətinin milli bayramı şərəfinə sərgi

"Zərifə-ART" Beynəlxalq Yaradıcılıq Birliyinin rəhbəri İldırım Sultanov Almaniyadan xəbər verir ki, Almaniyanın Offenbax şəhərinin sinaqoqunda İsrail Dövlətinin milli bayramı şərəfinə məşhur Azərbaycan rəssamı Əşrəf Heybətovun əsərlərinin fərdi sərgisi açılmışdır. "Müqəddəs diyarın rəngləri" adlanan ekspozisiyada 30 əsər təqdim olunur. Almaniyada yaşayan həmvətənimiz həmin əsərləri İsrailə iki səfərinin təsiri altında yaratmışdır.
Ə.Heybətovun budəfəki sərgisi onun yaradıcılığında yəhudi mövzusuna həsr edilmiş ilk sərgi deyil. Rəssam müqəddəs diyara həsr edilmiş işlərini artıq 15 ildir ki, yaşadığı Koblents şəhərinin sinaqoqunda və iki xristian kirxasında bundan əvvəl də nümayiş etdirmişdir. Koblents sinaqoqu yanında fəaliyyət göstərən mədəniyyət mərkəzinin böyük zalını isə Ə.Heybətovun "Yəhudi dünyası" adlı divar pannosu bəzəyir.
Əşrəf Heybətovu bir rəssam kimi məşhurlaşdıran səciyyəvi cəhət onun əsərlərinin əksəriyyətinin doğma Azərbaycana həsr edilməsidir. Lakin onun digər, bəzən çox aktual mövzulara aid əsərləri də az deyil. Həmyerlimiz Almaniyada fəaliyyət göstərən "Zərifə-ART" beynəlxalq birliyin fəal üzvlərindən biridir. Tezliklə burada Ə.Heybətovun əsərləri əsasında "Köhnə Bakı" adlı nəşrin təqdimatı keçiriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında