Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına yekun vurulmuşdur

Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 19-da Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə yekun vurulmuşdur.
Sarayın foyesində M.Rostropoviçin həyat və yaradıcılığından bəhs edən sərgi açılmışdır.
Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak etmişlər.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın son günündə tamaşaçılar İsrail Filarmonik Orkestrinin ifasında bir-birindən maraqlı musiqi nömrələrini dinləmişlər.
Orkestrin bədii rəhbəri və dirijoru Zubin Meta, solisti isə Pudolf Bukbinder (fortepiano) olmuşdur.
Tamaşaçıları salamlayan Zubin Meta son illər Bakıda aparılan böyük abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişdir. Dirijor demişdir: "Mstislav Rostropoviçlə uzun illər dostluq etmişəm və ondan çox şey öyrənmişəm. M.Rostropoviç tez-tez mənə doğma vətəni Azərbaycana gəlməyi məsləhət görürdü. Çox sevinirəm ki, bu gün onun adını daşıyan belə möhtəşəm bir festivalda çıxış edirəm. Mən Bakıda olmağımdan qürur duyuram. Burada sənətə və sənətkara göstərilən böyük hörmətin şahidi oldum. Azərbaycan xalqının musiqiyə olan sevgisi məni valeh etdi. Bu xalqın olduqca gözəl və zəngin mətbəxi də vardır".
Konsertdə xarici ölkə bəstəkarlarının əsərləri səslənmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında