Birinci Qəbələ beynəlxalq rəsm sərgisi

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Birinci Qəbələ beynəlxalq rəsm sərgisi açılmışdır.
Qəbələ şəhərindəki "Riverside" hotelində keçirilən sərgini SEBA-nın sədri Ruhəngiz Heydərova açaraq, beynəlxalq tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. R.Heydərova bu sərginin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirmişdir.
Açılış mərasimində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına ünvanlanmış təbrik məktubunu fondun icraçı direktoru Anar Ələkbərov oxumuşdur.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov, Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Han çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirmiş, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulamışlar.
Birinci Qəbələ beynəlxalq rəsm sərgisinin rəsmi açılışını bildirən qırmızı lent kəsilmiş və sərgiyə baxış keçirilmişdir.
Məlumat verilmişdir ki, beynəlxalq sərgidə 14 ölkədən -Azərbaycan, Almaniya, Avstraliya, ABŞ, Türkiyə, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya Respublikası, Latviya, Polşa və Rusiyadan 81 rəssamın 150-dən çox əsəri nümayiş olunur.
Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaratmışdır. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd etmişlər.
Beynəlxalq sərgi iki gün davam edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında