Türkiyədən daha bir sevgi ərməğanı...

Bu günlərdə Dövlət Opera və Balet Teatrında Azərbaycan milli rəqslərindən ibarət möhtəşəm konsert proqramı sənətsevərlərə təqdim edildi. "Ortaq miras"adlanan bu təntənəli gecənin təşəbbüskarları da, bir-birindən gözəl milli rəqslərimizi peşəkarlıqla ifa edənlər də Türkiyəli qardaşlarımız idi. İstanbul Teknik Universiteti tərəfindən dəstəklənən və Türk Musiqisi Dövlət Konservatoriyasının Türk Xalq Oyunları bölümü tərəfindən hazırlanan layihə ilə çıxış edən türkiyəli qonaqların da dediyi kimi, əsrlərlə ömrü olan bu möhtəşəm mədəni irsi qorumaq,yaşatmaq, yeni nəsillərə ötürmək kimi müqəddəs missiyanı yerinə yetirirdi.
Azərbaycanın və Türkiyənin dövlət himninin səslənməsiylə yekunlaşan rəsmi hissədən sonra Azərbaycan milli rəqslərinin tarixini əks etdirən videoçarx salona toplaşan həm yerli, həm də Turkiyədən gəlmiş qonaqlar tərəfindən alqışlarla qarşılandı. Sonra isə konsert başladı. Canlı orkestr dirijor Oğuzxan Balçının rəhbərliyi ilə öncə Hammamzadə İsmail Dədə Əfəndidən həzin bir melodiya daha sonra isə Azərbaycan rəqs musiqilərini tamaşaçılara təqdim etdi. "Süzən qızlar", "Şəki rəqsi", "Qarabağ yallısı'', "Bu Leyli", "Çobanlar'', "İğidlər", "Nağaraçılar" kimi rəqslərimiz türk rəqqasların ifasında böyük heyranlıqla izlənildi.
Əslində, peşəkar yox, həvəskar olan, aralarında yaşı əllini keçən insanların da olduğu bu rəqqaslar milli rəqslərimizi peşəkarlardan heç də pis ifa etmədilər. Ən maraqlısı isə bu idi ki, o insanların əksəriyyəti Türkiyədə sayılıb seçilən iş adamları idi. Layihənin Bakı koordinatoru, əslən azərbaycanlı olan tanınmış iş adamı Kamil Salduz da rəqqasların arasında idi.
Konsert proqramı başa çatdıqdan sonra türkiyəli qonaqlar ömrünü milli rəqslərimizi yaşatmağa həsr etmiş qocaman Azərbaycan rəqqaslarına mükafatlar təqdim etdilər. Yüksək əhval-ruhiyyə, möhtəşəm alqışlarla bitən tədbir Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz olduğunu və hər zaman yaşayaçağını bir daha sübut etdi.

{nl}

Aida AYSA "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında