Mədəniyyət xəbərləri

"Molla Nəsrəddin" karikatura müsabiqəsi
Aprelin sonlarında Bakıda "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqəsi keçiriləcək. Fransa, Rusiya, Türkiyə, İran, Polşa, Çexiya, Slovakiya kimi 40-dan çox ölkənin rəssamları müsabiqədə iştirak edəcək. Bu barədə Azərbaycan Karikaturaçılar Birliyi məlumat yayıb. Böyük rəssam Əzim Əzimzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində Bayram Hacızadənin "Neft və karikatura" adlı kitabının təqdimatı da nəzərdə tutulub. Kitabda Bakıda təşkil olunmuş beynəlxalq karikatura müsabiqələrinin ən yaxşı əsərləri yer alıb.

{nl}

Dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət üç disk işıq üzü görüb
Tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərlərindən ibarət üç DVD disk işıq üzü görüb. Disk Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Disklərdə olan əsərlər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Orkestrinin ifasında, Rauf Abdullayevin rəhbərliyi ilə səsləndirilib. Burada şöhrətli dünya bəstəkarların əsərləri ilə yanaşı Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov kimi azərbaycanlı bəstəkarların da əsərləri yer alıb.

{nl}

İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Bu il mayın sonu, iyunun əvvəllərində İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tehrana səfər edəcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran Prezidentinin müşaviri və Mədəniyyət və İslam əlaqələri Təşkilatının rəhbəri Mehdi Mustəfəvi ilə görüşüb. Müstəfəvi iki ölkə arasında kitab, kino və turizm mədəniyyət həftəsinin keçirilməsini, həmçinin jurnalistlər üçün günlərin qeyd olunmasını təklif edib.

{nl}

Balaca Azərbaycan xanımı və bəyi seçiləcək
"Balaca Azərbaycan Gözəli" uşaq müsabiqəsi keçiriləcək. Bu barədə Dünya Gözəllik Konqresinin həmsədri, Azərbaycan Modalar Assosiasiyasının baş direktoru Zamir Hüseynov məlumat verib.
Müsabiqədə "Balaca Miss Azərbaycan" və "Balaca Mister Azərbaycan" seçiləcək. Müsabiqənin oktyabr-noyabr aylarında keçiriləcəyi planlaşdırılıb. Yarışın qalibi "Balaca Dünya Gözəli" müsabiqəsində iştirak etmək imkanı qazanacaq.
Qeyd edək ki, "Balaca Azərbaycan Gözəli" Uşaq Müsabiqəsinin təşkilatçısı Azərbaycan Modalar Assosiasiyasıdır.

{nl}

Qax Dövlət Kukla Teatrı beynəlxalq festivala dəvət alıb
Qax Dövlət Kukla Teatrı bu il iyunun 4-dən 9-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək Beynəlxalq kukla teatrları festivalına dəvət olunub.
Teatrın direktoru Nazim Mahmudov bildirib ki, yaradıcı kollektiv bu festivalda rus xalq nağılı əsasında hazırlanmış "Qoğal" tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov aktyor Araz Mehrablı ilə birlikdə tamaşada əsas rolları ifa edəcəklər.
Xatırladaq ki, Qax Kukla Teatrı keçən ilin mayında da Estoniyanın Vilyandi şəhərində keçirilmiş beynəlxalq kukla teatrları festivalında Azərbaycanı təmsil edib.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında