Məşhur fransız aktyoru Jerar Depardye Qəbələdə olmuşdur

Azərbaycanda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye dekabrın 15-də Qəbələ rayonuna gəlmişdir.
Qonaq rayondakı "Beltman" piano fabrikində olmuş, burada istehsal prosesi ilə yaxından maraqlanmışdır. Jerar Depardyeyə məlumat verilmişdir ki, ölkəmizdə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də fəaliyyətə başlamışdır.
Qəbələ rayonunda inşa edilmiş "Beltman" piano fabriki də belə istehsal qurumlarından biridir. Regionda bənzəri olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır.
Daha sonra Jerar Depardye "Gilan" Holdinqin Qəbələ konserv zavodunda olmuşdur. Qonağa məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilmiş avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir və zavodun məhsulları 30-dan çox ölkəyə ixrac olunur.
Qonaq Qəbələyə səfəri çərçivəsində rayonun Nic qəsəbəsindəki alban məbədi ilə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, əsaslı bərpadan sonra əvvəlki görkəminə qaytarılmış məbəd yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.
Məşhur aktyor sonra rayondakı "Qafqaz Resorte", "Qafqaz Riverside" hotellərini və "Qafqaz Gənclik" İstirahət Mərkəzini və parkları gəzmiş, bu yerlərin səfalı və istirahət üçün gözəl bir məkan olduğunu vurğulamışdır.
Qonağa xatirə olaraq xalça hədiyyə edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında