Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə daxil olan yeni eksponatların təqdimat mərasimi keçirilmişdir

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə daxil olan yeni eksponatların təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən muzeyin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov muzeyin yaradılmasının 70 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırmışdır.
Direktor demişdir ki, Prezident İlham Əliyev noyabrın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalamışdır. Sərəncamlara əsasən, Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə muzeyin bir əməkdaşına "Əməkdar Rəssam", üç nəfərə "Əməkdar mədəniyyət işçisi" fəxri adları verilmiş, üç əməkdaş isə "Tərəqqi" medalı ilə təltif edilmişdir. R.Hüseynov demişdir ki, dövlətimizin başçısının müvafiq sərəncamları bizi olduqca sevindirmişdir.
Muzeyinin kollektivi bu böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq məktubu hazırlamışdır. R.Hüseynov tədbir iştirakçılarını məktubun mətni ilə tanış etmişdir.
Muzeydə 2011-ci ilin yazında keçirilməsi nəzərdə tutulmuş "Xalq oyunları mədəniyyəti: klassik irs və müasirlik" mövzusunda konfransla bağlı məlumat verən direktor demişdir ki, 3 gün davam edəcək tədbirdə dünyanın bir sıra ölkələrindən tanınmış alimlər məruzələrlə çıxış edəcəklər.
Sonra tədbir iştirakçılarına muzeyə təqdim edilmiş yeni eksponatlar haqqında məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, bu əsərlərdən biri almaniyalı tədqiqatçı Məhəmmədəli Hüseyninin muzeyə hədiyyə etdiyi "Saib Təbrizinin portreti"dir. Digər əsər isə Saib Təbrizinin 400 illiyi münasibətilə Tofiq Quliyevin şairin sözlərinə bəstələdiyi romansın klaviridir.
Tədbirdə muzeyin əməkdaşlarına AMEA-nın və Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanları təqdim edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında