Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva məşhur moda ustası Pyer Kardenin yaradıcılıq muzeyində olmuşdur

YUNESKO-nun 65 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Parisə səfərə gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tanınmış moda ustası Pyer Kardenin dəvəti ilə dekabrın 13-də onun yaradıcılıq muzeyində olmuşdur.
Muzeydə nümayiş olunan geyimlər və aksessuarlar barədə danışan Pyer Karden ötən əsrin 60-cı illərindən sonra dünyada geniş yayılan "Pyer Karden" dəb geyim nümunələri haqqında Mehriban xanıma ətraflı məlumat vermişdir.
1960-cı illərdən etibarən Pyer Kardenin adı dünyanın 5 ən məşhur fransızı siyahısına daxil edilmişdir. Onun adını daşıyan ticarət markası ilə 140 ölkədə məhsul istehsal edən və xidmət göstərən obyektlərdə 200 min nəfərədək insan çalışır. Məşhur kuturye 500-dən çox ideyanın müəllifidir. Onun yenilikləri yalnız moda aləmini əhatə etmir. Modelyerin nəqliyyat, memarlıq və reklam sahəsində də xidmətləri vardır. Moda ilə yanaşı P.Kardenin ticarət markası ilə restoran və teatr da fəaliyyət göstərir, ətriyyat, müxtəlif aksessuar və saat istehsal olunur. O, daim yenilik etməyi sevir. Pyer Karden kişilərin geyim üslubunda bənzərsiz yeniliklər edən ilk modelyerlərdəndir. Onun kişilər üçün hazırladığı geyimlər hər zaman eleqantlığı ilə fərqlənir.
Yaradıcılıq muzeyində nümayiş etdirilən geyim nümunələrinə baxan Mehriban xanım Əliyeva buradan xoş təəssüratla ayrılmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında