Azərbaycan Yaponiyada keçirilən beynəlxalq festivalda təmsil olunub

Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanı “Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin üzvləri təmsil ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda əvvəlcə şəhər bələdiyyəsinin sədri Takaşi İşimori çıxış edib. O bildirib ki, bu şəhərdə yaşayan Azərbaycan, Seneqal, ABŞ, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan, Pakistan, Qana və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənəsini, dilini öyrənmək və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən maraqla qarşılanıb. Mərkəzin sədri, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər həmin nəşrlərin nümunələrini Haçiyocidə yerləşən “Endo” kitabxanasının müdiri xanım Yoşiko Endoya təqdim edib.

Festival çərçivəsində keçirilən təqdimat mərasimində Tokio Xarici Dillər Universitetinin tələbəsi, diaspor təşkilatının üzvü Ayan Sultanlı bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ötən dövrdə böyük uğurlara imza atan ölkəmiz beynəlxlaq aləmin ayrılmaz parçasına, siyasi və iqtisadi sahədə etibarlı müttəfiqə çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsert və idman yarışları yüksək səviyyədə təşkil olunur. 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini vurğulayan A.Sultanlı Azərbaycanın tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğunu bildirib.

Festival çərçivəsində təşkil edilən fotomüsabiqədə X.Kələntərin azərbaycanlı Mirayın əks olunduğu “Yaman təəccübləndim” fotosu xüsusi mükafata layiq görülüb.

Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında