Sumqayıtda kitab bayramı

Gənclik şəhərindəki "Kimyaçı" Mədəniyyət sarayında "Azərikimya" İB ilə "Əli və Nino" Kitab evinin birgə layihəsi olan Kitab bayramı keçirilib. Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin təbliği, gənc nəsildə mütaliəyə marağı artırmaq məqsədi ilə kitabların satış-yarmarkası da təşkil olunub.
"Əli və Nino" Kitab evi oxuculara dünya klassiklərinin müxtəlif dillərdə minlərlə əsərini, uşaq kitablarını, dərslik və peşəkar nəşrləri təqdim edir. Kitab bayramında Azərbaycan, ingilis, türk və rus dillərində yeni nəşrlər təqdim edilib.
Tədbir çərçivəsində təşkil olunan sərgidə Sumqayıt bağçalarında tərbiyə alan uşaqların və kiçik yaşlı məktəblilərin son illərdə çap olunmuş yerli və xarici uşaq ədəbiyyatı nümünələri ilə tanış olmaları, balaca kitabsevərlər üçün peşəkar aktyorların iştirakı ilə "nağıl saatı"nın keçirilməsi, viktorina və şən oyunlar, "Kimyaçı" mədəniyyət sarayının kloun və illuziyaçılarının uşaqlar üçün hazırladığı xüsusi proqram yaddaqalan təsir bağışlayıb.
Tədbirə dəvət olunan şair və yazıçılarla oxucuların görüşü də keçirilib. Kitab bayramında Sumqayıtın idarə, müəssisə və təşkilatlarının çoxsaylı nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında