Moskvada "Tahir Salahovun Şərqi musiqi interyerində" adlı sərgisi açılmışdır

Moskvadakı M.İ.Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin iştirakı ilə "Tahir Salahovun Şərqi musiqi interyerində" adlı sərgi açılmışdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin təqdimat mərasimində çıxışında Tahir Salahov yaradıcılığının təkrarolunmazlığını, onun Azərbaycan və dünya təsviri sənətinə töhfəsini vurğulayaraq bildirmişdir ki, sərginin mövzusu təsadüfən seçilməmişdir. Hamıya yaxşı məlumdur ki, Tahir Salahov yaradıcılığında portret janrı xüsusi yer tutur. Onun ən məşhur əsərləri arasında musiqi korifeyləri Qara Qarayevin, Fikrət Əmirovun, Dmitri Şostakoviçin, Mstislav Rostropoviçin və başqalarının portretləri vardır. Böyük rəssamın bu əsərlərinə ikinci həyat verilmişdir. Moskva sərgisində bu əsərlər xalçalarda toxunmuş şəkildə təqdim edilmişdir.
Mərasimdə sərginin təşkilatçıları, sənətşünaslar, rəssamın həmkarları çıxış etmişlər.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva T.Salahov yaradıcılığını xalçaçılıq sənəti süzgəcindən keçirərək, xalçanın qeyri-adi bədii təsvir imkanlarından danışaraq vurğulamışdır ki, sərgidə təqdim edilən əsərlər YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salınmış Azərbaycan xalça sənətinin bənzərsizliyinin təcəssümüdür.
Dünya şöhrətli rəssam, görkəmli ictimai xadim Tahir Salahov qonaqlar qarşısında çıxış edərək sərginin təşkilində iştirakı olan hər kəsə, xüsusən, nadir istedadı və bacarığı sayəsində onun əsərlərini xalçalarda canlandırmış sənətkarlara minnətdarlığını bildirmişdir.{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında