Naxçıvanda ümummilli liderin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş müsabiqəyə start verilmişdir

Naxçıvandakı "Gənclik" mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş müsabiqəsinə start verilmişdir. Müsabiqədə muxtar respublikanın 25 musiqi məktəbinin şagirdləri iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin büstünü ziyarət etmişlər.
Naxçıvan MR mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.
İlkin olaraq fortepiano ifaçıları yarışmışlar. Qara Qarayev, Şopen, Prokofyev və Tofiq Bakıxanovun yaradıcılığından nümunələr səsləndirilmişdir.
Müsabiqəyə may ayının 10-da yekun vurulacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında