"Arşın mal alan" dünyanı fəth edir

Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası dünyanın bir çox ölkələrinin səhnələrində uğurla tamaşaya qoyulur. Bu günlər isə Pekindəki "Tianqiao" teatrında Çin tamaşaçılari bu tamaşaya baxa biliblər. Operetta Çin Beynəlxalq Opera Festivalı çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Opera və Balet Teatrının, ölkəmizin Pekindəki səfirliyinin, Çin Mədəniyyət Nazirliyinin və Milli Operasının təşkilatçılığı ilə nümayiş etdirilir.
Tamaşanın rejissoru Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tahir Tahirovdur. Xatırladaq ki, operetta Çində ilk dəfə 1959-cu ildə Pekindəki "Tianqiao" teatrında səhnəyə qoylmuşdur.
Bir az əvvəl isə Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası Belarus Dövlət Akademik Musiqili Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Premyerada iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti də Belarusa səfər etmişdi. Tamaşanın nümayişində Belarusun mədəniyyət naziri Pavel Latuşko və digər rəsmilər iştirak etmişlər.Bu tamaşanın da rejissoru Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, baletmeysteri xalq artisti Mədinə Əliyeva, dirijoru Marina Tretyakovadır.
Premyerada əsas partiyalar olan Gülçöhrə və Əsgəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri İnarə Babayeva və Fərid Əliyev ifa ediblər. Tamaşada, həmçinin, Belarusun aktyorları Nataliya Qayda, Vasili Serdyukov, Nataliya Dementieva, Andrey Morozov və digərləri iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva həmin vaxt Belarusun "Belta" agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Belarusla mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Bu məqsədlə Belarusla birgə kinofilmlər çəkiləcək, teatr və musiqi sənəti sahəsində geniş əməkdaşlıq əlaqələri qurulacaq. Nazir müavini vurğulayıb ki, Belarus səhnəsində "Arşın mal alan" tamaşasının yerli aktyorların da iştirakı ilə böyük uğurla nümayiş olunması mədəni əməkdaşlıq baxımından təqdirəlayiq haldır: "Belarus Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Dekabrın əvvəllərində Bakıda keçiriləcək Mstislav Rostropoviç adına IV Beynəlxalq musiqi festivalında Belarus nümayəndələri də iştirak edəcəklər".{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında