Yekaterinburqda Emin Ağalarovun konserti böyük uğurla keçmişdir

Dekabrın 2-də Yekaterinburqda populyar Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun konserti anşlaqla keçmişdir. Sverdlovsk Vilayətinin paytaxtında ilk dəfə çıxış edən gənc və istedadlı müğənni özünün ingilisdilli yeni "Wonder" albomunu təqdim etmişdir. Konsert Emin Ağalarovun Rusiyaya və Ukraynaya qastrol turniri çərçivəsində baş tutmuşdur. Müğənni noyabrın 25-də Moskvada, noyabrın 28-də Kiyevdə, dekabrın 2-də isə Yekaterinburqda konsert vermişdir. Növbəti konsert dekabrın 4-də Sankt-Peterburqda olacaqdır.
Konsertdə müğənninin yeni albomunda yer almış mahnılar, habelə dinləyicilər tərəfindən sevilən kompozisiyalar səslənmişdir. Tamaşaçılar sürəkli alqışlarla müğənnini təkrar-təkrar səhnəyə dəvət etmişlər. Eminin mahnıları dinləyiciləri səmimiliyi, ürəyəyatımlılığı, sənətə olan məhəbbəti ilə cəlb edir. Eminin tamaşaçı ilə dil tapmaq, onunla eyni dalğaya köklənmək bacarığı da rəğbət doğurur.
Tamaşaçılar Eminin ustadı, böyük həmvətənimiz Müslüm Maqomayevin xatirəsinə həsr etdiyi mahnısını gurultulu alqışlar və "bravo" sədaları ilə qarşılamışlar.
Konsertdən sonra Emin yeni SD-də avtoqraf paylamış, pərəstişkarları ilə şəkil çəkdirmişdir. O, müxtəlif ali məktəblərin ingilisdilli tələbələri ilə ingilis dilində danışaraq, öz yaradıcılığından söz açmışdır.
E.Ağalarov AzərTAc-ın müxbirinə müsahibəsində bildirmişdir ki, konsertdən məmnun qalmışdır, çünki auditoriya ilə ünsiyyət yarada bilmişdir. Müğənni demişdir: "İndicə Kiyevdən qayıtmışıq və Sankt-Peterburqa yola düşürük. Hələ də həyəcanlıyam, çünki silsilə konsertlər davam edir. Biz Moskvada konsertlər verəcəyik, dekabrın axırında isə bəlkə Bakıya gəldik". Müğənni vurğulamışdır ki, adətən, insanlar onu çox səmimi qarşılayırlar. Odur ki, musiqiçiləri ilə birlikdə həmişə unudulmaz şou təqdim etməyə çalışır.
Heydər Əliyev Fondunun RF nümayəndəliyinin başçısı Leyla Əliyeva, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, Azərbaycan diasporunun və şəhər ictimaiyyətinin nümayəndələri konsertdə olmuşlar.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Yekaterinburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında