Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir

Dekabrın 2-də Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir.
Yeni binanın açılış mərasimində çıxış edən Şahbuz rayon İcra hakimiyyətinin başçısı Nurəddin Quliyev yeniləşmə ili olan 2010-cu ilin ötən dövründə quruculuq tədbirlərinin geniş vüsət aldığını, şəhər və kəndlərdə genişmiqyaslı tikinti-abadlıq işlərinin aparıldığını, infrastrukturun, kommunikasiya xətlərinin yenidən qurulduğunu, əhalinin sosial problemlərinin həllinin diqqət mərkəzində saxlanıldığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə həyata keçirilən dövlət proqramlarına uyğun olaraq bütün sahələr diqqət mərkəzindədir. Bunun nəticəsi olaraq hər bir sahə inkişaf edir, onun maddi-texniki bazası möhkəmləndirilir. Muxtar respublikamızda da inkişaf və tərəqqi hər bir sahədə özünü göstərir. İnsanların həyat səviyyəsi yaxşılaşır, onların həyata, dünyaya baxışları dəyişir, yeniləşir. Həyata keçirilən tədbirlər imkan verir ki, ölkəmiz dünyaya inteqrasiya etsin, inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutsun və müstəqilliyini əbədiləşdirən dövlətlərdən birinə çevrilə bilsin. Bunun üçün isə zəhmət çəkilməli, hər bir vətəndaşımız öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Uşaq musiqi məktəblərinin, məktəbdənkənar müəssisələrin istifadəyə verilməsində məqsəd ondan ibarətdir ki, gənclərimizin asudə vaxtları düzgün təşkil olunsun. Bizim milli musiqimiz öyrədilsin, yaddan çıxmasın, nəsildən-nəslə ötürülsün. Beynəlxalq aləmə inteqrasiya edən Azərbaycanda gənclər dünya musiqisinə, dünya mədəniyyətinə yiyələnsinlər. Bunun üçün də lazımi şərait yaradılmışdır. Məktəbdə kitabxana fəaliyyət göstərir və bu bilik mənbəyi daha da zənginləşdiriləcəkdir. Məktəb çoxprofillidir, 4 şöbədə 10 ixtisas üzrə gənclərimizə musiqi dərsləri veriləcəkdir.
Məktəb kollektivinin uğurlu fəaliyyətinin nəticəsidir ki, bu il onun məzunlarından 9 nəfəri ali və orta ixtisas musiqi məktəblərinə qəbul olunmuşlar. Məktəbin 1 nəfər müəllimi "Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülmüşdür. Məktəbin uğurları hələ son hədd deyildir. Çünki 362 şagirdi, 78 müəllimi olan bir kollektivdə daha çox nailiyyətlər əldə etmək mümkündür. Belə bir şərait isə nailiyyətləri artırmağa imkan verir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin yeni binasına baxış olmuşdur.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 44 sinif otağı, 9 yardımçı otaq yerləşir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında