İordaniyada Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılışı olmuşdur

İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirmişdir ki, Əmman şəhərində keçirilən təntənəli mərasimdə hər iki ölkənin mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasimə hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlanılmışdır.
İordaniyanın mədəniyyət naziri Nəbih Şakum Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın zəngin qədim mədəni irsinin olduğunu və müasir mədəni inkişafı özündə təcəssüm etdirdiyini diqqətə çatdırmış, müsəlman Şərqində ilk operanın məhz Azərbaycanda yarandığını qeyd etmişdir.
Qeyd edilmişdir ki, iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah arasındakı dostluq münasibətləri, qarşılıqlı səfərlər, həmçinin bu səfərlər zamanı imzalanan sənədlər mühüm rol oynayır.
Ə.Qarayev mədəni əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini, bununla bağlı yaxın üç ildə əməkdaşlığa dair proqramın hazırlanacağını diqqətə çatdırmışdır.
Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.
Mədəniyyəti günləri çərçivəsində İordaniyanın Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri keçiriləcəkdir.
Tədbir dekabrın 3-dək davam edəcəkdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında