Kiyevdə Emin Ağalarovun konserti və yeni ingilisdilli albomunun təqdimatı böyük uğurla keçmişdir

Noyabrın 28-də Kiyevdə, "Kristal-holl"da populyar Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun ilk konserti və "Emin" adlı yeni ingilisdilli albomunun təqdimatı görünməmiş müvəffəqiyyətlə keçmişdir. Salon elə cuşa gəlmişdi ki, sanki dinləyicilərin coşan hissləri və gurultulu alqışları divarları çökdürəcəkdi.
Səhnə qarşısındakı meydançada yeniyetmə və gənclər, eləcə də orta nəslin nümayəndələri istedadlı həmvətənimizin oynaq və lirik nəğmələrinin sədaları altında rəqs edirdilər. Dinləyiciləri Eminin nəğmələrinin səmimiliyi, mükəmməl musiqisi və aranjirovkası, virtuoz musiqiçilərin və bek-vokalçıların ahəngdar müşayiəti valeh etmişdir.
E.Ağalarov ustadı saydığı Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş mahnıları ifa edəndə salon, sözün əsl mənasında, coşmuş, onun çıxışı "bravo!" sədaları ilə müşayiət olunmuşdur.
Emin özünü Kiyev dinləyicisinə sadə, ulduz xəstəliyindən uzaq istedadlı gənc kimi təqdim edə bilmişdir. O, dinləyicilərlə söhbətləşir, auditoriyaya komplimentlər göndərir, yeni SD-də avtoqraf paylayır, pərəstişkarları ilə şəkil çəkdirirdi. Minnətdar tamaşaçılar isə onu çiçək dənizinə qərq etmişdilər. Konsertin başa çatmasına baxmayaraq, o, çox sevilən nəğmələrini dinləyicilərin xahişi ilə təkrar-təkrar ifa etmişdir.
Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, Ukrayna ictimaiyyətinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) rəhbərliyi və UAK-ın Kiyev və regional təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
Konsertdən sonra Eynulla Mədətli çoxsaylı Azərbaycan diasporu və şəxsən öz adından möhtəşəm çıxışı münasibətilə Emini təbrik etmiş, gözəl konsertə görə ona minnətdarlığını bildirmiş, həyatda və yaradıcılıqda böyük uğurlar arzulamışdır.{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında