İordaniya Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

2010-cu il noyabrın 29-dan dekabrın 3-nə qədər İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında əldə olunmuş qarşılıqlı razılaşmalara əsasən keçiriləcək mədəniyyət günləri çərçivəsində Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək. Mədəniyyət günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti noyabrın 29-da İordaniya Krallığına yola düşəcək. Səfər çərçivəsində bu ölkənin mədəniyyət, həmçinin turizm və tarixi əsərlər nazirləri ilə görüş planlaşdırılır.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarından xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının bir qrup üzvü, əməkdar incəsənət xadimi Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan və Teyyub Aslanov, solistlər, əməkdar artist, çəqanə ifaçısı Munis Şərifov, qarmon ifaçısı Etibar Qasımbəyli İordaniya Krallığının Əmman şəhərində bir neçə geniş konsert proqramları ilə çıxış edəcəklər.
Bundan başqa, İordaniyada keçiriləcək tədbirlər sırasında "Azərbaycan ənənə və müasirliyin qovşağında" adlı fotosərgi də yer alacaq. Bu fotosərgidə iordaniyalılar ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı ilə tanış olacaqlar. Fotoşəkillər bir tərəfdən ölkəmizi hərtərəfli şəkildə göstərməyə, digər tərəfdən isə Azərbaycanda bədii fotoqrafiya sənətinin, professional fotoqrafiyanın inkişafını əks etdirməyə xidmət edir. Sərgidə nümayiş etdirilən fotoşəkillər əməkdar incəsənət xadimi Leyla Axundzadə, əməkdar rəssam Tahir Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fərid Xayrulin və tanınmış "Yol" jurnalının fotomüxbiri, gənc, fotoqraf Emil Xəlilov tərəfindən çəkilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında