Böyük alim və yazıçı Mir Cəlalın Bişkekdə qırğız dilində çap edilmiş 3 cildlik "Seçilmiş əsərləri"nin Bakıda təqdimatının keçirilməsi planlaşdırılır

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun verdiyi məlumata görə böyük alim və yazıçı Mir Cəlalın bu ilin yayında Bişkekdə qırğız dilində çap edilmiş 3 cildlik "Seçilmiş əsərləri"nin Bakıda təqdimatının keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Qırğızıstanın tanınmış siyasi xadimi, sabiq baş nazir Almazbek Atambayevin başçılığı ilə nümayəndə heyətinin iştirakı da gözlənilir. Nümayəndə heyətinə Qırğızıstan Yazıçılar İttifaqının sədri Abdraxman Alımbayev, yazıçı Seyit Altımışev, böyük qırğız yazıçısı Çingiz Aytmatovun qardaşı, akademik İlgiz Aytmatov, həmçinin bir sıra tanınmış alimlər, yazıçılar və jurnalistlər daxildir.
Məlumatda deyilir ki, Mir Cəlalın qırğız dilində 3 cildlik "Seçilmiş əsərləri"nin Bakıda təqdimatının keçirilməsi Azərbaycan-Qırğızıstan ədəbi-mədəni əlaqələrinin genişlənməsinə yeni təkan verəcəkdir.{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri

{nl}

Bişkek

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında