Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilmişdir.
Muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı muzeyin tarixi, fəaliyyəti, keçdiyi inkişaf yolu barədə danışmışdır. Bildirmişdir ki, yubiley tədbirləri Prezident İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd edilir. Tədbirlər planı çərçivəsində muzeydə altı sərgi, "Mədəni irs və muzeylər" adlı beynəlxalq konfrans keçirilmişdir. Dövlətimizin başçısının sərəncamı ilə əməkdaşlardan bir qrupu fəxri adlara və mükafatlara layiq görülmüşdür.
N.Vəlixanlı muzeyə və muzeyin əməkdaşlarına göstərilən diqqət və qayğıya görə kollektiv adından Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə etmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda tarix elminin inkişafında muzeyin əvəzsiz xidmətləri olduğunu qeyd etmişdir. Bildirmişdir ki, tariximizə və mədəni irsin qorunmasına böyük diqqətlə yanaşan Prezident İlham Əliyevin göstərişinə əsasən çoxsaylı abidələr və mədəniyyət ocaqları ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyi də yenidən qurulmuş, yeni eksponatlarla zənginləşmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tarix muzeyinin ölkənin hər bir vətəndaşının həyatında mühüm rol oynadığını, muzeyin ekspozisiyasında cəmiyyətimizin müxtəlif inkişaf mərhələlərinin əks olunduğunu vurğulamışdır.
Bp-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir, Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski, Türkiyənin Topqapı Sarayı Muzeyinin direktoru Yusuf Benli, Rusiya Dövlət Tarix Muzeyinin prezidenti Aleksandr Şkurko, Ukrayna Milli Tarix Muzeyinin direktoru Sergey Çaykovski, Bolqarıstan Milli Komitəsinin vitse-prezidenti Simeon Nedkov və digər çıxış edənlər bildirmişlər ki, bu yubiley Azərbaycan rəhbərliyinin mədəniyyət ocaqlarına diqqət və qayğısını nümayiş etdirir. Onlar təmsil etdikləri qurumların Milli Azərbaycan Tarixi Muzeyi ilə istənilən əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmış, muzeyin kollektivini yubiley münasibətilə təbrik etmişlər.
Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən muzeyin yubiley tədbirində tanınmış mesenatın yaxın qohumları, o cümlədən ABŞ-da yaşayan nəticəsi Əli Safyurtlu da iştirak etmişdir.
Tədbirdə Bp-Azərbaycan şirkətinin dəstəyi ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəşr etdirdiyi "Hacı Zeynalabdin Tağıyev" kitab-albomunun və muzeyin kolleksiyasının incilərindən ibarət kitabın təqdimatı olmuşdur.
Noyabrın 25-də də davam edəcək tədbirlər proqramı çərçivəsində qonaqların İçərişəhər, Şirvanşahlar Sarayı, Müasir İncəsənət Muzeyi, "Azərilmə" MMC ilə tanışlığı nəzərdə tutulur.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında