Babək Rayon Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir

Noyabrın 19-da Babək Rayon Uşaq Musiqi Məktəbinin yeni binasının açılışı olmuşdur.Açılış mərasimində çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev rayonda aparılan quruculuq işlərinin nəticəsi olaraq Babək qəsəbəsinin yenidən qurulduğunu, əksər kəndlərin kompleks şəkildə abadlaşdırıldığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeniləşmə ilinin quruculuq ünvanlarından biri olan Babək Rayon Uşaq Musiqi Məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Musiqi təhsili xüsusi qabiliyyət tələb edir. Ona görə də ölkəmizdə dövlət başçısı tərəfindən qəbul edilmiş müvafiq sərəncamlara, qərarlara uyğun olaraq xüsusi istedada malik olan uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün ardıcıl tədbirlər həyata keçirilir. Nəticədə xüsusi qabiliyyətə malik olan uşaqlar üçün məktəblər yaradılır, müvafiq dövlət proqramları qəbul edilir, onlar daim dövlətin qayğısı və nəzarəti altında olur. Babək rayonunda istifadəyə verilən uşaq musiqi məktəbi də xüsusi qabiliyyəti olan uşaqlar üçün tikilib. Məktəbdə musiqi təhsili alanlar içərisində isə xüsusi istedadı olan uşaqlar yetişəcəkdir. Onlar dövlətimizi, vətənimizi həm ölkə daxilində, həm də ölkəmizin xaricində təmsil edəcək, Azərbaycan mədəniyyətini yaşadacaq və inkişaf etdirəcəklər. Bunun üçün uşaq musiqi məktəbində lazımi şərait yaradılmışdır. Məktəbdə 367 şagirdin təhsili ilə 86 müəllim məşğul olacaq, 4 şöbədə 11 ixtisas üzrə fənn tədris ediləcəkdir. Burada milli musiqi alətlərimizin əksəriyyəti tədris olunacaqdır. Uşaqlar həmin alətlərdə ifa etməyi öyrənməklə yanaşı, həm də musiqimizin təbliği, onun yaşadılmasına da səy göstərəcəklər. Məktəbin hər zaman fəaliyyət göstərməsi üçün lazım olan şərait yaradılmış, müasir tələblər səviyyəsində qurulmuş, müasir avadanlıq, musiqi alətləri və ədəbiyyatla təchiz edilmişdir.
Ali Məclisin sədri qeyd etmişdir ki, 2009-2010-cu tədris ilində məktəbin 11 şagirdi musiqi ixtisası üzrə ali və orta ixtisas musiqi məktəblərinə qəbul olunmuşlar. Onlardan 1-i Azərbaycan Dövlət İncəsənət Universitetinə, 4-ü Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinə, 4-ü Naxçıvan Musiqi Kollecinə, 2-si isə Gəncə Musiqi Kollecinə qəbul olunmuşdur. Uğurların qazanılmasında sözsüz ki, məktəbin kollektivinin böyük əməyi vardır. Onların da əməyi dövlətimiz tərəfindən qiymətləndirilmişdir. Məktəbin 1 müəllimi Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, 1 müəllimi isə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunmuşdur.
Ali Məclisin sədri qazanılan uğurlara görə məktəbin kollektivini təbrik edərək demişdir: Ölkəmizdə quruculuq işlərini həyata keçirmək ona görə mümkün olur ki, ulu öndər Heydər Əliyevin siyasəti hörmətli Prezidentimiz tərəfindən müasir tələblər səviyyəsində, yeni formada, uğurla davam etdirilir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, Azərbaycan dövləti bazar iqtisadiyyatı yolu ilə getməsinə baxmayaraq, onun büdcəsi sosialyönümlüdür. Ona görə də musiqi məktəbləri, uşaq bağçaları, yollar, digər sosial obyektlər rifah halını yaxşılaşdırmaq üçün əhalinin istifadəsinə verilir. Azərbaycan dövlətinin də məqsədi və məramı ondan ibarətdir ki, Azərbaycan xalqı layiq olduğu səviyyədə yaşaya bilsin, layiq olduğunu ala bilsin. Bunun üçün də ölkəmizdə davamlı işlər görülür, ardıcıl tədbirlər həyata keçirilir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Babək Rayon Uşaq Musiqi Məktəbinin yeni binasına baxış olmuşdur.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 52 sinif otağı, 10 yardımçı otaq yerləşir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında