İranın birinci xanımı İçərişəhərdə olmuşdur

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejadın xanımı Əzəm əs-Səadət Fərəhi noyabrın 17-də Bakının görməli yerləri ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, xanım Əzəm əs-Səadət Fərəhi əvvəlcə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisinə baxmışdır. Qonağa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Konservasiya üzrə Baş Plan əsasında burada aparılan təmir, abadlaşdırma və yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir.
İranın birinci xanımı dünya əhəmiyyətli tarixi abidə olan "Şirvanşahlar Sarayı Kompleksi"ndə də olmuşdur. Kompleksin tərkibinə daxil olan abidələr və sarayın memarlıq-inşaat xüsusiyyətləri haqqında məlumat qonağın diqqətinə çatdırılmışdır.
Daha sonra qonaq Qoşaqala qapıları meydanına gəlmişdir. Xanım Əzəm əs-Səadət Fərəhiyə meydan və burada yerləşən qədim binaların tarixi barədə məlumat verilmişdir. Multanı və Buxara karvansaraları ilə tanışlıq zamanı qonağa bu abidələrin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilmişdir.
Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisində yenidən təşkil olunmuş ekspozisiya xanımın marağına səbəb olmuşdur.
Xanım qonağa ölkəmizin ən möhtəşəm abidələrindən olan, qədim tarixə malik Qız qalası abidəsinin tarixi və memarlıq xüsusiyyətləri barədə dolğun məlumat verilmişdir.
Sonda xanım Əzəm əs-Səadət Fərəhi İçərişəhərin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında