Bakıda beynəlxalq teatr konfransı keçirilir

Azərbaycan Respublikasının beynəlxalq mədəni əlaqələri ildən-ilə genişlənir. Bu günlər Bakıda keçirilən beynəlxalq teatr konfransı da bunu bir daha təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Proqramda Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına və Azərbaycan Teatr Xadimləri İttifaqına müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elimi-praktik konfransın keçirilməsi həvalə olunmuşdur. Noyabrın 7-dən festival öz işinə başlamışdır. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat vermişdir.
Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirak edir. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belarus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardır. Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulur. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlər də keçirilir.
Artıq noyabrın 7-də Azərbaycan Dövlət Dram Teatrında M.Zadovnovun "Ər almaq istəyirəm" tamaşası, Gənc Tamaşaçılar Teatrında isə U.Şeksprin "Otello", Pantomima teatrında isə N.Qəribovun "Adsız" tamaşaları nümayiş etdirilmişdir.
Dünən isə AMDT-də kanadalı teatr tənqidçisi Mişel Vaisi seminarda çıxış etmişdir. Bundan başqa, ABŞ-dan olan İosif Yusupov teatr rəssamlığı, Piter Qoldfarv teatr tənqidçisi İrina Krujilina teatr geyimi üzrə seminarlarda çıxış etmişlər.
Bu gün qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra isə AMDT-də konfransın rəsmi açılış mərasimi keçiriləcək. Sonra plenar iclas olacaq. Noyabrın 10-da konfransın yekun iclasında isə teatr layihələrinin veb-portalının təqdimatı və konfransın rəsmi başlanış mərasimi olacaq.
Sonrakı tədbirlər isə Aktyor evində və Muğam Mərkəzində davam etdiriləcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında