Tanınmış şair Fikrət Sadığın 80 illik yubileyi qeyd olunmuşdur

Noyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə tanınmış şair Fikrət Sadığın anadan olmasının 80 illik yubileyi qeyd olunmuşdur.
Tədbirdə çıxış edən AYB-ın sədri, Xalq Yazıçısı Anar, Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, Xalq Şairi Fikrət Qoca və başqaları yubilyarı təbrik etmiş və ona yaradıcılıq uğurları arzulamışlar.
Bildirilmişdir ki, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. O, ədəbi fəaliyyətə tələbəlik illərində "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılıq və tərcümə ilə məşğul olan şairin 30-dan çox kitabı nəşr olunmuşdur.
Vurğulanmışdır ki, Fikrət Sadıq Azərbaycan poeziyasına öz orijinal yaradıcılığı ilə yeni nəfəs gətirmiş və bu yolda daim yorulmadan yazıb-yaratmışdır.
Tədbirdə yubilyarın şeirləri dinlənilmişdir.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Fikrət Sadıq bundan sonra da poeziyamızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında