"X nöqtəsi..." adlı sərgi keçiriləcək

On il bundan əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılması Azərbaycan rəssamlarının sırasına bir çox istedadlı gənclərin qatılmasına səbəb olmuşdur. Akademiyanın, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları bir çox sərgilərdə uğurla iştirak edərək öz istedadlarını, bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Akademiyanın məzunları səmərəli yaradıcılıq fəaliyyəti ilə məşğul olur, təsviri sənətimizin yeni sənət nümunələri ilə zənginləşdirilməsinə çalışırlar. Artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə 2010-cu il noyabr ayının 8-dən 14-dək Muzey Mərkəzində Azərbaycan rəssamlarının "X nöqtəsi..." adlı sərgi keçiriləcəkdir. Bu məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yaymışdır.
Məlumatda deyilir ki, sərginin açılışı Muzey Mərkəzinin sərgi qalereyasında baş tutacaqdır.
Sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş etdiriləcəkdir.
Adları qeyd edilən rəssamlar yaradıcılıqlarında yeniliklər etməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə, sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur. Buna görə də sərgi "X nöqtəsi..." adlandırılır. Bu ad Anar Hüseynzadənin eyni adlı əsərindən götürülməklə əsasən abstrakt üslubda işlənmiş əsərlərdən ibarət sərginin ümumi mahiyyətini konseptual baxımdan açıqlayır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında