Abbasqulu ağa Bakıxanovun əsəri ingilis dilinə tərcümə edilib

Azərbaycan şairi və tarixçisi Abbasqulu ağa Bakıxanovun Vətənimizin tarixinə həsr olunmuş "Gülüstani-İrəm" əsəri ilk dəfə ingilis dilində ("The heavenly rose-garden") çap edilib.
A.A. Bakıxanovun farsca yazdığı və Azərbaycan tarixinə aid ən mükəmməl araşdırmalardan sayılan "Gülüstani-İrəm"i ingiliscəyə Villem Flur və Həsən Cavadi tərcümə ediblər. "Gülüstani-İrəm"in ingiliscəyə tərcüməsi artıq dünyada kitab satışı üzrə ən böyük onlayn şəbəkə olan "Amazon"da da satılır.
Qeyd edək ki, kitabın tərcüməçilərindən biri olan Həsən Cavadi əslən Təbrizdəndir. O, ingilis və fars dilləri mütəxəssisidir, Kembric Universitetində ingilis dili üzrə doktorluq dərəcəsi alıb. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan H.Cavadi Mirzə Fətəli Axundovun bəzi əsərlərini də ingilis dilinə çevirib.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında