Azərbaycanda Türkmənistan mədəniyyət günləri başa çatmışdır

Noyabrın 6-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan mədəniyyəti günlərinin bağlanış mərasimi keçirilmişdir.
Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru Tuvakbibi Durdıyeva xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından danışmışdır. Natiq Azərbaycanda türkmən mədəniyyətinə, incəsənətinə göstərilən diqqətdən məmnun olduğunu söyləmişdir.
Mədəniyyət və Turizm Nazirliyi incəsənət sektorunun müdiri Fərəh Əliyeva Azərbaycanda keçirilən Türkmənistan mədəniyyəti günlərinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və mədəni əlaqələrimizin dərinləşməsinə kömək etdiyini vurğulamışdır. Bu gündən etibarən bütün sahələrdə əlaqələrin genişlənəcəyini söyləyən F.Əliyeva Bakıda olan milli bayramlarda hökmən türkmən sənətçilərinin, Türkmənistanda keçirilən əlamətdar tədbirlərdə isə Azərbaycan sənətçilərinin iştirak edəcəklərini bildirmişdir. F.Əliyeva mədəniyyət günləri çərçivəsində Bakının ayrı-ayrı mədəniyyət ocaqlarında türkmən incəsənət ustalarının konsertinin, rəssamlarının əsərlərindən ibarət sərgilərin, kinofilmlərinin Azərbaycanda rəğbətlə qarşılandığını söyləmiş, gələcəkdə Azərbaycanda və Türkmənistanda belə günlərin tez-tez keçiriləcəyini bildirmişdir.
Sonda Türkmənistan mədəniyyət ustaları böyük konsert proqramı ilə çıxış etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında