Ortaq yayım türk dünyasında mədəniyyət baxımından birliyin təmin olunmasında mühüm rol oynayır

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 16-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşmüşdür.
İctimai Televiziyada olmasından məmnun qaldığını bildirən AŞPA sədri Azərbaycanın ictimai yayımçısını qazandığı uğurlar münasibəti ilə təbrik etmişdir. M.Çavuşoğlu demişdir: "İctimai Televiziyanın "TRT-Avaz"la birgə həyata keçirdiyi ortaq yayım bütün türk dünyasında böyük maraqla izlənir. Fürsət düşəndə səhərlər mən də bu proqrama zövqlə baxıram. Hesab edirəm ki, bu ortaq yayım türk dünyasında mədəniyyət baxımından da birliyin təmin olunmasnda mühüm rol oynayır".
İ.Ömərov demişdir ki, İctimai Televiziya "Turksat" və Avropa peyk rabitə sistemi vasitəsilə böyük bir coğrafiyada yayımlanır. Məqsəd Azərbaycan mədəniyyətini, tarixini, həqiqətlərini və türk xalqlarının ortaq dəyərlərini dünyada nümayiş etdirməkdir. "TRT-Avaz"la birgə hazırlanan ortaq yayıma bütün Orta Asiya ölkələrindəki türkdilli dövlətlərin də qoşulması istiqamətində danışıqlar davam edir. Baş direktor bildirmişdir ki, İctimai Teleradio Avropa Yayımları Birliyinin üzvü kimi dünyanın aparıcı televiziyaları ilə də əməkdaşlıq edir.
Görüşdən sonra İctimai Televiziyanın "TRT-Avaz"la ortaq yayımında iştirak edən AŞPA sədri Ankara və Bakı studiyalarından aparıcıların suallarını cavablandırmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında