Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" tamaşasının premyerası olmuşdur

Noyabrın 1-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında "Cəhənnəm sakinləri" tamaşasının premyerası olmuşdur.
Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur.
Əsas rollarda Püstəxanım Zeynalova, İqrar Salamov, Rauf Şahsuvarov və başqaları çıxış etmişlər.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində təqdim olunan tamaşada hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa, dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.
Səhnə əsərində cərəyan edən dramaturji hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda bir sual yaranır: "Görəsən, biz də cəhənnəm sakinləriyik?!"
İnsanı xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyən tamaşa böyük maraqla qarşılanmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında