Bakı çox gözəl, tarixi yerlərlə zəngin bir şəhərdir

Bakı çox gözəl, tarixi yerlərlə zəngin bir şəhərdir. Burada özümü çox yaxşı hiss edirəm və sevinirəm ki, Beynəlxalq caz festivalı da məhz burada keçirilir.
Bu fikirləri II Beynəlxalq caz festivalının iştirakçısı, ABŞ-ın tanınmış caz ifaçısı Vicay Ayer AzərTAc-a müsahibəsində söyləmişdir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yaddaqalan ifaları ilə cazsevərlərin alqışını qazanan sənətçi demişdir: "Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa ad günümü caz festivalı ərəfəsində qeyd edəcəyəm. Digər bir tərəfdən çox yaxşı haldır ki, Azərbaycan musiqisi ilə yaxından tanış oldum. Burada istedadlı gənc musiqiçilər vardır. Azərbaycanda ilk dəfədir çıxış edirəm və özümü burada qazandığım tamaşaçı alqışlarına görə çox xoşbəxt hesab edirəm".
Əslən hindistanlı olan pianoçunun musiqi yaradıcılığına bəstəkarlıq da daxildir. O, cazla sintez edilmiş bir neçə maraqlı improvizasiyaların müəllifidir. Amerikanın gənc caz ifaçısı bu il ən yaxşı musiqiçi adına layiq görülmüşdür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında