"Azərbaycanı kəşf edək"

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mədəniyyət və turizm potensialının bütün dünyada təbliği məqsədilə məqsədyönlü siyasət həyata keçirilir.
Bunun məntiqi nəticəsi olaraq "Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Fransanın "Mondeos" nəşriyyatı ilə birgə keçirilmiş və 29 sentyabr tarixindən-13 oktyabr 2010-cu il tarixinə kimi davam etmiş virtual müsabiqənin qaliblərinin adları məlum olmuşdur. Bunlar, təqdim edilmiş suallara düzgün cavab vermiş iştirakçılar arasında püşkatmanın qalibləri, Fransanın turizm şirkətlərinin nümayəndələri Marie Jose Rovere və Virginie Reymonddur. Qaliblər müsabiqədə iştirak etmiş 360 turizm şirkətləri və tur operatorları arasından seçilmişdir.
Müsabiqənin şərtlərinə əsasən qaliblər ölkəmizə səfər edəcəklər və səfərlə bağlı bütün xərclər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək. Səfər zamanı qonaqlar Azərbaycanın tarixi yerləri və abidələri, maddi və qeyri-maddi mədəni irsi ilə tanış olacaqlar.
Onu da qeyd edək ki, "Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində Fransanın "Mondeos" nəşriyyatından başqa, Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının "Vokruq Sveta", Birləşmiş Krallığın "Filmler Limited" və Birləşmiş Ərəb Əmirliklərinin "Explorer" nəşriyyatları arasında razılıq əldə edilmiş və artıq Azərbaycan haqqında 3 bələdçi kataloqun təqdimat mərasimi keçirilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında