Telman Abbasqulu oğlu Adıgözəlov

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış teatr və kino aktyoru, respublikanın xalq artisti, Prezident mükafatçısı Telman Abbasqulu oğlu Adıgözəlov 2010-cu il aprelin 15-də ömrünün 57-ci ilində qəflətən vəfat etmişdir.
Telman Adıgözəlov 1953-cü il iyul ayının 17-də Balakən rayonunda anadan olmuşdur. O, 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına işə götürülmüşdür.
Teatrın səhnəsində yaratdığı Daşdəmir, Rəhman ("Xurşidbanu Natəvan", "Mahnı dağlarda qaldı" İ.Əfəndiyev), Xanəhməd ("Közərən ocaqlar" M.İbrahimov), Oyunbaz ("Qədir gecəsi" E.Baxış), Təlxək ("Vaqif" S.Vurğun), Əhməd, Professor ("Ah Paris... Paris...", "Mənim sevimli dəlim" Elçin), Qumarbaz ("Hələ sevirəm deməmişdilər" R.Novruz), Namiq ("Şəhərin yay günləri" Anar), Laz ("Qanlı Nigar" S.Şendil), Uoltet ("Üç quruşluq opera" B.Brext), Alyoşka ("Həyatın dibində" M.Qorki), Flins ("Maqbet" U.Şekspir), Dərviş ("Müsyö Cordan və dərviş Məstəlişah" M.F.Axundzadə) və s. kimi obrazlar tamaşaçı məhəbbəti qazanmışdır. Aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam" (Aerobika müəllimi), "Ordan-burdan" (Rəqs müəllimi), "Evləri köndələn yar" (Kamil), "Yarımştat" (Zaman), "Qonşular" (Səlim), "Nigarançılıq" (Hüseyn) teletamaşalarında unudulmaz surətlər yaratmışdır.
T.Adıgözəlov "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm", "Yol əhvalatı", "1001-ci qastrol", "Çadırımız çobanlardır", "Qırmızı qatar", "Qurama", "Dörd bazar günü" filmlərində müxtəlif xarakterli obrazlar yaratmışdır. O, son illər Azərbaycan televiziyasının populyar verilişlərindən biri olan "Kinoklub"un əvəzsiz aparıcısı idi. Telman Adıgözəlov teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür. O, Prezident mükafatçısı idi.
Telman Adıgözəlov Azərbaycan teatr və kino sənətində xüsusi yer tutan sənətkarlardan biri idi. İstedadı, bənzərsiz ifa üslubu ilə o, yüzlərlə pərəstişkarının məhəbbətini qazanmışdı. Amansız ölüm istedadlı aktyoru aramızdan apardı. Telman Adıgözəlovun əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında