Anri LORET: "Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycana yenə səfər etmək arzusundayam"

Bu fikri Fransanın məşhur Luvr muzeyinin direktoru cənab Anri Loret AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibəsində səsləndirmişdir.
Cənab A.Loret Azərbaycana səfərlə bağlı təəssüratını bölüşmüşdür:
- Bu, mənim Azərbaycana, Şərq və Qərb mədəniyyətlərini özündə təcəssüm etdirən gözəl paytaxtınız Bakıya ilk səfərim idi. Etiraf edim ki, Azərbaycan haqqında eşitdiyim və bildiyim yalnız Bakı ilə bağlı idi. Mən bu şəhər haqqında çox eşitmişdim və müəyyən təsəvvürüm var idi. İlkin olaraq Bakı barədə nə deyə bilərəm? Paytaxtınız azərbaycanlılara məxsus qonaqpərvərliyi özündə əks etdirən bir şəhərdir. Digər tərəfdən isə xalqınıza məxsus xüsusi hərarət və yüksək səviyyədə qarşılanmağım mənim üçün ən yaddaqalan oldu. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı ilə hərtərəfli tanış olmağım üçün hər cür şərait yaratmışdı.
Hər hansı ölkənin bu günə kimi qorunub saxlanılan mədəni irsi həmin ölkənin qədim və zəngin tarixindən xəbər verir. Mədəni irs tarixin aynasıdır. Bu baxımdan Bakıdakı əsrlərin şahidi olan çoxsaylı mədəni abidələr Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik ölkə olduğunu göstərir.
Qədim Bakı ilk baxışdan məni heyran etdi. Qız qalası, qədim qala divarları, Karvansara, Şirvanşahlar sarayı və digər abidələrin sehrinə düşmüşdüm. Azərbaycan dövləti tərəfindən mədəni abidələrə xüsusi qayğı göstərilməsi və onların bərpasının daim diqqətdə saxlanması məni hədsiz dərəcədə sevindirdi. Axı rəhbərlik etdiyim Luvr muzeyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilədə də xalqınıza məxsus abidələrin qorunması öz əksini tapmışdı. Bizim muzey Bakıdakı incəsənət və xalça muzeylərində istifadə vaxtı ötmuş və bərpasına ciddi ehtiyac duyulan eksponatların yenidən bərpa olunmasına yaxından köməklik göstərir.
XlX əsrin mədəni və arxeoloji baxımdan qiymətli irsini qoruyub saxlamaq nə qədər mühüm əhəmiyyət daşıyırsa, onları inkişaf etdirmək bir o qədər vacibdir. Bir muzey işçisi kimi mən bu məsələyə xüsusi əhəmiyyət verirəm. Azərbaycanın gələcək üçün keçmişini, xüsusilə İslam mədəniyyəti və incəsənəti ilə bağlı abidələri qoruyub saxlaması sevindirici haldır. İslam mədəniyyətinin cizgiləri xalçaçılq sənətində, toxuculuq sənayesində tam əksini tapmışıdr. Ölkənizdə bu sahə mühüm inkişaf mərhələsi keçmiş və öz ənənələrini qoruyub saxlamağa müvəffəq olmuşdur.
Bu gün Bakı sürətlə inkişaf edir, simasını dəyişir, şəhərdə insanları heyrətə salan nəhəng mədəni layihələr həyata keçirilir. Hər bir ölkənin mədəniyyətinin inkişafı onun iqtisadiyyatının inkişafı ilə müəyyən olunur. Bu baxımdan mədəniyyətinizə göstərilən hərtərəfli qayğı onun iqtisadiyyatının sürətli inkişafından xəbər verir.
Azərbaycana səfərim çərçivəsində Prezident İlham Əliyevlə görüşüm təəssüratımı daha da zənginləşdirdi və unudulmaz məqamlarla yadda qaldı. Prezidentin mədəniyyətə xüsusi önəm verməsi, bu sahənin inkişafı ilə bağlı fikirləri, habelə Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası istiqamətində atdığı addımlar məndə xoş təəssürat yaratdı.
Bəli, Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkədir. Bu ölkəyə yenə səfər etmək arzusundayam.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında