Azərbaycanda Özbəkistan kinosu günləri keçiriləcək

Oktyabrın 25-dən 28-dək Azərbaycanda Özbəkistan kinosu günləri keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mƏtbuat xidməti məlumat yaymışdır.
Məlumatda deyilir ki, bu münasibətlə "Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini, Özbəkistanın Əməkdar mədəniyyət xadimi Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Bakıya gələcək. Nümayəndə heyətinə Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir.
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda Özbəkistan kinosu günlərinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Oktyabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edəcək. Həmin gün Dövlət Film Fondunda da özbək qonaqlarla görüş olacaq. Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi oktyabrın 25-də Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Oktyabrın 26-da Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, "Azərbaycanfilm" kinostudiyasında görüşləri olacaq.
Qonaqlar İçərişəhərə, Şirvanşahlar Sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər.
Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində nümayəndə heyətinin oktyabrın 27-də İsmayıllı şəhərinə səfəri planlaşdırılır. Səfərin sonuncu günü "Qala" tarix - etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.
Özbəkistan kinosu günləri çərçivəsində bu ölkə kinematoqrafçılarının bədii, sənədli və cizgi filmləri nümayiş olunacaq. Proqrama "Səma altında yol", "Ötən günlər", "18-ci kvadrat" bədii, "Şərq durnası", "Registan Səmərqənd lövhələri" sənədli filmləri salınmışdır. Filmlər Gənc Tamaşaçılar Teatrında, "Azərbaycanın" kinoteatrlarında göstəriləcək.
Oktyabrın 26-da Bakının 236 nömrəli məktəbində Özbəkistan cizgi filmləri günü keçiriləcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında