Gənc dirijorumuz "Qran-Pri"yə layiq görülüb

Gənc dirijor Əyyub Quliyev İtaliyada keçirilmiş Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsindən Qran-Pri ilə qayıdıb. Parma şəhərinin məşhur "Paqanini Auditorium" salonunda baş tutan final mərhələsi və konsertdə çıxış edən Keyko Mitsuhani (Yaponiya) 2-ci yerə, Əyyub Quliyev (Azərbaycan) isə 1-ci yerə layiq görülüb.
Əyyub Quliyev, eyni zamanda, Cüzeppe Sinopoli Fondunun təsis etdiyi baş mükafatla da təltif olunub. O bu nailiyyətə çatan ilk azərbaycanlı dirijordur. Gənc dirijorların çıxışlarını dünya şöhrətli dirijor, professor M.Yurovskinin (Almaniya) sədrlik etdiyi münsiflər heyəti - P.Antonini, P.Minardi, L.Ferrari (İtaliya) və M.Ortega Puyol (İspaniya) qiymətləndirib.
Qeyd edək ki, İtaliyanın Parma şəhərində ölkə prezidentinin dəstəyi ilə keçirilmiş müsabiqə üç mərhələdən ibarət olub. Yarışmaya 35 ölkədən 171 dirijor qatılıb. Onlardan yalnız 12 nəfəri 1-ci mərhələyə vəsiqə qazanıb. Müsabiqə Arturo Toskanini Fondu, Jüzeppe Sinopoli Festivalı və Toskanini Filarmonik Orkestrinin təşkilatçılığı ilə baş tutub.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında