Yaradıcılıq görüşləri uğurla keçmişdir

Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin ikinci yarımili üçün iş planına əsasən Quba və Xaçmaz rayonlarında yaradıcılıq görüşləri keçirilmişdir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Görüşlər regionlarda mədəniyyətin müxtəlif sahələrinə marağın daha da artırılması, əhalinin, o cümlədən gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması, əhalinin asudə vaxtının səmərəli təşkili, bölgələrlə mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyırdı.
Tədbirdə iştirak etmək üçün nazirlik regionlarla iş sektorunun aparıcı məsləhətçisi O.Muxtarov, kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi A.Sultanzadə, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, xalq artisti, rəqqasə C.Bayramova, əməkdar incəsənət xadimi, bəstəkar E.Mansurov, əməkdar artist Gülüstan Əliyeva və gənc estrada müğənnisi N.Əzizbəyli, "40-cı qapı" bədii filminin baş rollarından birinin ifaçısı Rövşən Ağayev, musiqiçilər Elşən Məmmədov və Elxan Nurməmmədov həmin rayonlara ezam edilmişlər.
Quba rayon Mədəniyyət evində keçirilən görüşü rayon mədəniyyət və turizm şöbəsinin müdiri E.Məhərrəmov açaraq öz çıxışında tədbirin Quba şəhərində keçirildiyinə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmiş, tədbirin rayonun mədəni həyatında mühüm hadisə olduğunu vurğulamışdır. Görüşü nazirliyin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu aparmış, xalq artisti, rəqqasə Cəmilə Bayramovanın, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun, əməkdar artist Gülüstan Əliyevanın və müğənni Nurlan Əzizbəylinin çıxışlarından sonra Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi A.Sultanzadə və "40-cı qapı" bədii filminin baş rollarından birinin ifaçısı Rövşən Ağayev səhnəyə dəvət edilmişlər. Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini X.Əkbərova iştirak etmişdir.
Xaçmaz şəhərində icra hakimiyyətinin başçısı Ş.Xanbabayev görüş iştirakçılarını qəbul edərək tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, onlara yaradıcılıq uğurları arzulamışdır. Rayon mədəniyyət evində keçirilmiş görüşdə xalq artisti, rəqqasə C.Bayramovanın, əməkdar incəsənət xadimi, bəstəkar E.Mansurovun, əməkdar artist G.Əliyevanın və müğənni N.Əzizbəylinin çıxışları alqışlarla qarşılanmış, tədbirdən sonra "40-cı qapı" filmi nümayiş etdirilmişdir.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında