Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaqdır

Müslüm Maqomayevin xatirə günü - oktyabrın 25-də Moskvadakı "Veqas" ticarət mərkəzində Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaqdır.
Bunu M.Maqomayevin xanımı, tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya bildirmişdir. Onun sözlərinə görə, Müslüm Maqomayev adına Ulduzun açılış mərasimi Maqomayevlər ailəsinin yaxın dostu Araz Ağalarovun oğlu Emin Ağalarovla birlikdə tikdirdiyi "Veqas" kompleksində keçiriləcəkdir. Sinyavskaya demişdir: "Bu kompleksin və Şöhrət Xiyabanının açılışı artıq olmuşdur. Burada öz imzasını qoyan ilk ulduz isə tanınmış ABŞ aktyoru Robert de Nirodur. Oktyabrın 25-də Müslüm Maqomayevin xatirə günüdür və bununla əlaqədar, onun ulduzunun təməli qoyulacaqdır. Ulduzun üzərində isə dahi müğənninin faksimile imzası qoyulacaqdır".
Oktyabrın 23-24-də Moskvada Müslüm Maqomayev adına Vokalçıların I Beynəlxalq Müsabiqəsi keçiriləcəkdir. Müsabiqəni Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondu təşkil etmişdir. Fond tanınmış Rusiya sahibkarı, "Krokus İnterneşnl" şirkətlər qrupunun başçısı Araz Ağalarov tərəfindən təsis edilmişdir.
Tamara Sinyavskaya bu tədbirlərdən sonra Bakıya gələcək və Müslüm Maqomayevin Fəxri Xiyabandakı məzarını ziyarət edəcəkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında