Azərbaycanda Ümumdünya mədəniyyətlərarası dialoq forumu keçiriləcək

"Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq gələn il Bakıda "Ümumdünya mədəniyyətlərarası dialoq forumu" keçiriləcək.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya"sının mayın 20-də keçirilən təqdimat mərasimində elan edib. Nazirin sözlərinə görə, Azərbaycan hökumətinin təşəbbüsü ilə keçiriləcək bu foruma YUNESKO, Avropa Şurası, İSESKO və digər beynəlxalq təşkilatlar da dəstək verib. Nazir deyib ki, artıq bununla bağlı Paris, Strasburq, Rabatda görüşlər keçirilib.
YUNESKO-nun qərargahında işçi qrupu formalaşıb. Sevda Məmmədəliyeva da oranın üzvüdür. Bu forum çərçivəsində ölkəmizə beynəlxalq qurumlar tərəfindən təqdim olunacaq tələblər icra ediləcək. Çünki bu, forumun keçirilməsinin şərtlərindən biridir.
"Bu tədbirə bir neçə ölkə prezidentinin qatılması nəzərdə tutulur. Onların bu tədbirdə iştirakı mədəniyyətlərarası dialoqa xüsusi önəm verəcək. Bu işi ölkə başçısının şəxsən iştirakı və təşəbbüsü ilə həyata keçiririk. Bu çox böyük və məsuliyyətli bir işdir" - bu sözləri də nazir Əbülfəs Qarayev bildirib. Nazir onu da qeyd edib ki, forum çərçivəsində Bakının "Ümumdünya dialoq Paytaxtı" elan olunması da gözlənilir.

{nl}

M.MEHDİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında