"Zolaqlıların Bakı səfəri"

Bakı Dövlət Sirki payız mövsümünü "Zolaqlıların Bakı səfəri" adlı yeni proqramla açmağa hazırlaşır. Hər mövsümdə tamaşaçıları, xüsusilə uşaqlarımızı yeni-yeni proqramlarla sevindirən Dövlət Sirki bu dəfə tamamilə orijinal bir tamaşa təqdim edir. Bununla bağlı Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov aşağıdakıları bildirmişdir:
- Bu ayın 22-də Bakı Dövlət Sirkinin yeni proqramının açılış mərasimi olacaq. "Zolaqlıların Bakı səfəri" adlı bu proqram ilk dəfədir ki, paytaxtımıza gətirilmişdir. Adından da göründüyü kimi burada pələnglərin, şirlərin attraksionu var. Onu da bildirim ki, pələnglər axırıncı dəfə Bakı Dövlət Sirkinə təxminən 30 il əvvəl gətirilmişdir. Proqramdakı Böyük Moskva Sirkindən dəvət etdiyimiz nömrələr - "Kenquru ilə boks", "Dəvəquşu, poni və meymunların qeyri-adi oyunları" və s. tamaşaçıların ürəyincə olacaq.
Hava gimnastlarının, akkrobatların, şən klounların, güc janqlyorlarının və s. çıxışları proqramı daha maraqlı və baxımlı edəcəkdir.
Seanslarımız sabit qrafik üzrə olacaq. Hər gün bir, bəzən isə iki, üç seans tamaşalar göstəriləcək. Proqramın tərkibində 30 nəfərə yaxın heyət var. Onların əksəriyyəti fəxri adlar almış aktyorlardır. Onların arasında Moskva Dövlət Sirkində fəaliyyət göstərən həmyerlimiz, Rusiyanın əməkdar artisti Rauf Rəsulov da var. Onun rəhbərliyi ilə bir neçə maraqlı nömrələr proqrama salınmışdır.
Proqramın nümayiş vaxtı iki saatdan bir az artıqdır.
"Bu gün sirkdə təhlükəsizlik vəziyyəti nə yerdədir" sualımıza cavab olaraq Mahir müəllim bildirdi ki, sirk elə bir sahədir ki, onun əksər nömrələrində risk var. Biz həmişə deyirik ki, uşaqları qoruyun, onları tamaşaya tək buraxmayın.
Bilirsiniz, nömrələrdə çıxış edənlərin hamısı peşəkarlardır. Qaldı, sirkin ümumi texniki vəziyyətinə, bu sahədə hər proqramdan əvvəl biz ümumi texniki baxış keçiririk və bütün avadanlıqlar hazır vəziyyətə gətirilir. Bizim tamaşaçılar da bəzən ehtiyatsızlıq edir. Ötən proqramların birində timsah çıxış edərkən manejin kənarında birinci sırada oturan qadın yaxınlaşıb timsaha əlini vurmaq istəyirdi. Tamaşaçı həmişə fikirləşməlidir ki, manejdə çıxış edən vəhşi heyvandır. Onlarla çox ehtiyatla davranmaq lazımdır.
Bu yaxınlarda Lvov sirkində şir öz təlimçisinə hücum etdi. Şükürlər olsun ki, elə bir ciddi fəsad olmadı. Bu proqram keçən il bizim sirkə dəvət olunmuşdu və həmin şir özünü aqressiv aparırdı. Sirkin rəhbərliyi onu proqramdan uzaqlaşdırdı.
Ümumiyyətlə, bütün təhlükəsizlik məsələlərini həll edəndən sonra proqrama hazır olduğumuzu bildiririk.
Artıq demək olar ki, qonaqlarımız Bakıdadır. Son hazırlıq işləri görülür.
Bildirim ki, proqram bir aya yaxın davam edəcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında