Akademik Arif Mehdiyevin əsərlərinin biblioqrafik göstəricisi tədqiqatçılar üçün dəyərli mənbədir

Akademik Arif Mehdiyevin əsərlərinin biblioqrafik göstəricisi nəşr olunub. Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin tərtibçi-müəllifi olduğu biblioqrafik göstərici Azərbaycan Respublikasının  Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, akademik Arif Mehdiyevin 1960-2010-cu illərdə Azərbaycan, rus və xarici dillərdə nəşr edilən monoqrafiya, elmi sessiya, simpozium və konfrans materiallarında, dövri mətbuat səhifələrində dərc olunan  məqalələrini əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, biblioqrafiyaya daxil edilən  materiallar xronoloji qaydada yerləşdirilib.

Nəşrdə akademik A.Mehdiyevin redaktə etdiyi əsərlər, ixtiralar və dissertantlara elmi rəhbərliyini əks etdirən bölmələr də vardır.

Biblioqrafiyada alimin həyatı, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən bəhs edən qısa oçerk, habelə həyatının əsas tarixləri verilib.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, müştərək müəlliflərin və onun haqqında yazan müəlliflərin əlifba göstəriciləri də burada əksini tapıb. Biblioqrafik göstəricisi tədqiqatçılar üçün dəyərli mənbədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında