Azərbaycanlı gənc musiqiçilərin yeni uğuru

Azərbaycan Respublikasının Prezident təqaüdçüləri, Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İsrafil Rəsulov (truba) və məktəbin məzunu, hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kursunda təhsil alan Nicat Məmmədov (fleyta) sentyabr ayının sonlarında Moskva şəhərində dünya şöhrətli, mərhum sənətkar Mstislav Rostropoviç adına Fondun keçirdiyi "Slava Maestro" ustad siniflərin İkinci Beynəlxalq Festivalında iştirak etmişlər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti xəbər yaymışdır.
Ustad sinifləri Qalina Vişnevskayanın Opera Mərkəzinin konsert zalında keçirilirdi. Həmyerlilərimiz festivalın açılışında və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında çox böyük uğurla çıxış etmişlər. Burada onlar həm görkəmli Azərbaycan, həm də dünya şöhrətli bəstəkarların əsərlərini ifa etmişlər. Bunun nəticəsi olaraq hər iki gənc musiqiçi Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək dəvəti almışdır.
Mstislav Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu rəhbərliyinin qərarına əsasən 2010-2011-ci tədris ilində İsrafil Rəsulov D.D.Şostakoviç adına, Nicat Məmmədov S.S.Prokofyev adına təqaüdə layiq görülmüşlər.

{nl}

M. MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında