"Bakıfilm" kinostudiyasında ekranlaşdırılan "Yaddaş" filminin premyerası olmuşdur

Oktyabrın 13-də Azərbaycan Kinematoqrafiya İttifaqında "Bakıfilm" kinostudiyasında istehsal edilmiş tammetrajlı "Yaddaş" bədii filminin premyerası olmuşdur.
Tamaşaçılar qarşısında çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bildirmişdir ki, maraqlı layihələrlə tamaşaçıları sevindirən "Bakıfilm" bu dəfə də Azərbaycan kinematoqrafiyası üçün yeni uğura imza atmışdır. Birinci Qarabağ müharibəsi və onun müsibətlərindən bəhs edən filmin çəkilişlərinə ötən ilin dekabrında başlanılmışdı. Film Azərbaycan şəhidlərinə, o cümlədən Milli Qəhrəman Çingiz Mustafayevə ithaf edilmişdir. Azərbaycan tamaşaçısı bu ekran əsərində maraqlı hadisələrin şahidi olacaqdır.
Filmin süjeti erməni-rus hərbi birləşmələrinin kəndə hücumunun qarşısını fədakarlıqla almağa çalışan dörd dostun göstərdikləri şücaət üstündə qurulmuşdur. Onlardan biri - Azər ölümcül halda yaralanaraq yalnız 17 ildən sonra komadan ayılır, keçmişini xatırlamaq üçün yola çıxır. Bu yol isə onun yaddaşıdır. Serial kəskin şəkildə hazırlanan döyüş səhnələri ilə zəngindir.
Ssenari müəllifi və rejissoru ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olan 6 seriyadan ibarət film paytaxtda və ölkəmizin bir çox bölgələrində lentə alınmışdır.
Serialın baş prodüseri Vaqif Əsədullayev, baş redaktoru Mailə Muradxanlı, səs rejissoru Uğur Səfərovdur.
Filmdə baş rollarda Şövqü Hüseynov, İlqar Musayev, Pərviz Məmmədrzayev, Anar Heybətov və Rada Nəsibova çəkilmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında