Koreyada Azərbaycan mədəniyyət dərnəyi

Koreya Xarici Dillər Universitetinin Türk-Azərbaycan dilləri fakültəsində "BUTA" Azərbaycan mədəniyyət dərnəyi fəaliyyətə başlayıb. Bu barədə Lent. az. saytında məlumat verilmişdir.
Məlumata görə, Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova koreyalı tələbələrə Azərbaycanın milli rəqslərini öyrədəcək. "BUTA" həmçinin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə aşılayacaq. Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə danışıq dərslərinin təşkil olunması da nəzərdə tutulub.
Koreyadakı Azərbaycan səfirliyi, "BUTA" Azərbaycan mədəniyyət dərnəyinə dəstək olaraq ölkəmiz haqqında məlumat xarakterli materiallar verib, rəqs dərslərində istifadə olunmaq üçün dərnəyi milli paltarlarla təmin edib.
Qeyd edək ki, 2008-ci ilin sonunda Koreya Xarici Dillər Universitetində rəsmi olaraq Türk-Azərbaycan dilləri fakültəsinin yaradılması haqqında qərar qəbul edilib. Fakültənin fəaliyyətə başlaması üçün hazırlıq işləri uğurla başa çatdıqdan sonra 2009-cu ilin yaz semestrindən etibarən Azərbaycan dili kurslarının tədrisinə başlanılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında