Vaşinqtonda türk festivalı keçirilib

Bu günlərdə ABŞ paytaxtında keçirilən 8-ci ənənəvi Türk festivalına 15 minə yaxın insan toplaşıb. Tədbirdə iştirak edənlər türk və Azərbaycan rəqsləri, musiqisi, mətbəxi, şirniyyatı, sənət nümunələri, turizm sərgiləri və ənənəvi türk qəhvəsindən ləzzət alıblar.
Yeri gəlmişkən, ABŞ-ın bir sıra qəzet və informasiya agentlikləri Türk festivalı barədə məlumatlar yayımlayıblar. Mətbuatın diqqətini ən çox çəkən məqamlardan biri Türk xalqlarının zəngin və özünəməxsus mədəniyyətə malik olması olub.
Festival, həm də dünyada ən uzun şiş-kababı hazırlamaqla Ginnesin rekordlar kitabına düşmək cəhdi ilə yadda qalıb. Türk aşpaz Murat Aksu 6 metr uzunluğunda şiş kabab hazırlayıb. Türkiyənin Vaşinqtondakı səfirliyindən bildiriblər ki, festivala 80 min dollardan çox vəsait xərclənib.
Qeyd edək ki, festival Vaşinqtonun mərkəzindəki guşələrdən birində, Ağ Evdən iki məhəllə aralıda keçirilib. Qonaqlar arasında uyğur, özbək və digər xalqların təmsilçiləri də olub. Onlar festival çərçivəsində Azərbaycan mədəniyyəti və mətbəxi ilə də tanış olublar.
Azərbaycanlı rəqqaslar İkram Cəlil, Fərqanə Kələntərli və "Kardələn" türk rəqs ansamblı tamaşaçılara milli Azərbaycan rəqslərini təqdim ediblər.

{nl}

Elçin ABBASOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında