Mədəniyyət xəbərləri

Virtual muzey şəbəkəsi yaradılır
Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması" layihəsinə başlayıb. Fondun yaydığı məlumata görə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi respublika üzrə işğal altında olan rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsini yaratmaq, əlaqəli məlumatların baza sistemi əsasında Azərbaycan regionlarının mədəni-tarixi obyektlərinin elektron kataloqunu hazırlamaqdır. Layihə çərçivəsində internet şəbəkəsində regional və dünya mədəniyyəti resurslarına Azərbaycanla bağlı izahlı istinadların siyahısını hazırlamaq da nəzərdə tutulub.

{nl}

Cizgi filmləri üçün ssenari müsabiqəsi elan edilib
Mədəniyyət və Turizm Nazirliyi uşaqlar üçün yüksək səviyyəli cizgi filmləri yaratmaq, kinodramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədi ilə oktyabrın 1-dən dekabrın 15-dək uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib.
Nazirliyin internet saytında yerləşdirilən məlumata görə, müsabiqənin əsas şərti ssenarilərin uşaqlar üçün maraqlı olması ilə yanaşı, milli motivlər və xalqımıza məxsus mənəvi-əxlaqi dəyərlər üzərində qurulmasıdır. Müsabiqədə birinci yeri tutan ssenari əsasında 2011-ci ildə dövlət sifarişi ilə cizgi filmi çəkiləcək. Müsabiqənin reqlamentinə görə, 2 ikinci və 3 üçüncü yerləri qazanmış müəlliflərin hər birinə müvafiq olaraq 500 və 300 manat mükafat veriləcək. Hər bir iştirakçı müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.

{nl}

Türk sənətçinin albomunun təqdimatı keçirilib
Bakıda Türkiyə sənətçisi və yazarı Əhməd Şəfəqin "Aşk və Vatan" albomunun təqdimatı keçirilib. Təqdimat mərasimi "Azəri-Türk" Qadınlar Birliyi və Azərbaycan - Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
"Aşk və Vatan" albomunun sayca 9-cu olduğunu bildirən Əhməd Şəfəq albom təqdimatının ilk dəfə Azərbaycanda keçirdiyini deyib: "Bu albom Türkiyədə işıq üzü görüb, ancaq Azərbaycanda təqdim edirəm. Bir aydan sonra isə Türkiyədə təqdim olunacaq. Altı ildir çox tez-tez Azərbaycana gəlirəm, konsert proqramı ilə çıxış edirəm. Bu müddət ərzində beş albomumun çıxmasına baxmayaraq, ilk dəfədir ki, Azərbaycanda təqdimat keçirirəm".
Albomda yer alan 14 mahnıdan 13-nün söz və musiqi müəllifi Əhməd Şəfəq özüdür. Təqdimatda türkiyəli müğənni azərbaycanlı həmkarları ilə birgə "Azərbaycan-Türkiyə" mahnısını ifa edib.
Qeyd edək ki, Əhməd Şəfəq türk dünyası ilə bağlı vətənpərvərlik mahnılarının mahir ifaçısıdır. Təkcə Türkiyədə deyil, Azərbaycanda da sevilən sənətçi "Qarabağ" mahnısının da müəllifidir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında