Türkiyə Respublikasının dövlət sənətçisi, pianoçu Gülsin Onay Naxçıvanda solo konsert vermişdir

Bu il Polşa bəstəkarı Fridrix Şopenin anadan olmasının 200 illik yubileyi bütün dünyada qeyd olunur. Bəstəkarın əsərlərinin mahir ifaçısı, Türkiyə Respublikasının dövlət sənətçisi, Polşa Dövlət mükafatı laureatı, pianoçu Gülsin Onay dünyanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edir.
Gülsin Onay aprelin 13-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında solo konsert vermişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov konsert proqramına baxmışdır.
Konsertdən əvvəl çıxış edən Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Ayhan Enginar sənətçinin yaradıcılıq fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Gülsin Onay hələ 6 yaşında konsert proqramı ilə çıxış etmişdir. O, 12 yaşında olarkən Fransaya təhsil almağa göndərilmiş, 16 yaşında Paris Konservatoriyasını bitirmişdir. Bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olmuş, 5 qitənin 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Gülsin Onay 1987-ci ildə Türkiyə Respublikasının dövlət sənətçisi elan edilmişdir. Türkiyənin Boğaziçi və Hacəttəpə universitetlərinin fəxri doktoru, BMT-nin Uşaqlara Yardım Fondunun xoşməramlı səfiridir.
Konsert proqramında Gülsin Onay Şopenin əsərlərini ifa etmişdir. Tamaşaçılar onun ifasını alqışlarla qarşılamışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında