Dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş "Ölməzlik" kitabının təqdimatı keçirilmişdir

Sentyabrın 30-da Bəstəkarlar İttifaqında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, əməkdar incəsənət xadimi Zemfira Səfərovanın dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş "Ölməzlik" kitabının təqdimatı keçirilmişdir.
Tədbir Munis Kərimovun rəhbərliyi ilə Qədim Azərbaycan Musiqi Alətləri Ansamblının ifasında Əbdülqadir Marağainin "Heydərnamə" əsərinin səsləndirilməsi ilə başlanmışdır.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bəstəkarlar İttıfaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək kitabı indiyədək Üzeyir Hacıbəyli haqqında yazılmış ən mükəmməl əsərlərdən biri kimi səciyyələndirmişlər. Bildirmişlər ki, əsərdə Üzeyir Hacıbəyli yaradıcılığının müxtəlif janrları araşdırılmış, Azərbaycan musiqisini dünyada tanıtmış görkəmli bəstəkarın insani xüsusiyyətləri çox canlı, səmimi əks olunmuşdur.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, xalq yazıçısı Çingiz Abdullayev demişlər ki, bu əsər Üzeyir Hacıbəyli haqqında böyük məhəbbətlə yazılmış həzin bir melodiyaya bənzəyir. Qeyd etmişlər ki, Z.Səfərovanın Azərbaycan müsiqişünaslığı tarixində öz dəsti-xətti, öz prinsipləri vardır.
Xalq artisti Fidan Qasımova, musiqişünas alim, professor Məcnun Kərimov, əməkdar incəsənət xadimi, müsiqişünas Aida Tağızadə müəllifin bundan əvvəlki 3 kitabında və elmi məqalələrində özünü Azərbaycan musiqisinin həssas araşdırıcısı və kamil bilicisi kimi sübüt etdiyini demişlər.
Mərasimdə çıxış edən kitabın müəllifi Zemfira Səfərova yeni nəşrin ərsəyə gəlməsində ona yaxından köməklik göstərmiş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyliyə, kitabın redaktoru Nazim İbrahimova təşəkkür etmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Tədbirdə Üzeyir Hacıbəylinin əsərləri səsləndirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında