Baş nazirin birinci müavini Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə açılacaq Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasında iştirak edən Baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə açılacaq Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur.
Yaqub Eyyubov buradakı Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, o cümlədən Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri ilə tanış olmuşdur.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov mərkəzdə yaradılan şərait haqqında məlumat vermişdir. Bildirilmişdir ki, burada təntənəli mərasimlər, eləcə də sərgi, kino, konfrans və konsert salonları, kitabxana yaradılmışdır. Mərkəzdə, həmçinin kompyuter kursları, Azərbaycan musiqisi və rəqs dərnəkləri, bazar günü məktəbi fəaliyyət göstərəcəkdir.
Buraya gələnlər quraşdırılacaq monitor vasitəsilə hər gün Azərbaycan filmlərinə tamaşa edəcək, musiqiyə qulaq asacaqlar.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında