Gəncədə keçirilən "Şəhər günü" sakinlərə və qonaqlara unudulmaz anlar yaşatmışdır

Artıq 5-ci ildir ki, Gəncədə "Şəhər günü" böyük təntənə ilə qeyd olunur.
Gəncənin 2504 illiyi münasibətilə təşkil olunmuş el şənlikləri sakinlərə və şəhərin çoxsaylı qonaqlarına unudulmaz anlar yaşatmışdır. Hələ bayramdan iki gün qabaq şəhərin küçələrini dolaşan carçıların əhaliyə müraciəti, başdan-başa bəzədilmiş və qədim simasını almış şəhərin görkəmi insanların qəlbində xoş ovqat yaratmışdır.
Bayram tədbirlərinə möhtəşəm qədim qala divarlarının qarşısında təşkil olunmuş bədii kompozisiya ilə başlanılmışdır. Şəhərin rəhbər orqanlarının nümayəndələri ilə yanaşı, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar, Türkiyənin Gəncəyə yeni təyin olunmuş konsulu Haluk Ağca, Çin Xalq Respublikasının və Belarusun Azərbaycandakı səfirləri Çyan Yannyan və Nikolay Patskeviç, digər qonaqlar da bayram tədbiri iştirakçıları arasında olmuşlar.
Qədim toplardan açılan yaylım atəşindən sonra Azərbaycanın böyük mütəfəkkirləri və xalq qəhrəmanları - Dədə Qorqud, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Bəndər, Comərdi Qəssab və sairlərin obrazlarını canlandıranlar qala qapısının önündə dayanaraq bayram tədbiri iştirakçılarını salamlamışlar.
Sonra əməkdar incəsənət xadimi, şair Məmməd Alimin vətənpərvərlik mövzusunda qələmə aldığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Gəncənin qəhrəmanlıq timsalı olan Cavad xanın xalqa müraciətindən sonra atlılar, sonra isə Milli Ordumuzun əsgərləri mətin addımlarla tədbir iştirakçılarının qarşısından keçmişlər.
Yubiley tədbirləri Heydər Əliyev meydanında davam etdirilmişdir. Əvvəlcə havada paraşütçülər görünmüşlər. Onlar meydana Azərbaycanın Dövlət bayrağını, ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin nəhəng portretlərini gətirmişlər.
Bununla da "Şəhər günü"nün meydan hissəsinə start verilmişdir. Meydana daxil olan Dağıstanın "Ləzginka" ansamblı, Türkiyənin "Mehtər", Belarusun folklor, Masallı və Qusar rayonlarının bədii özfəaliyyət kollektivləri növbə ilə çıxış etmişlər. Şəhər idmançılarının nümunəvi çıxışlarından sonra ümumtəhsil məktəblərinin kollektivləri musiqi sədaları altında nizamlı addımlarla tədbir iştirakçılarının qarşısından keçmişlər.
Gəncənin 2504 illiyinə həsr olunmuş bayram şənliyi günorta saatlarınadək davam etmişdir. Şəhərin baş meydanında müxtəlif sərgilər, Gəncədə istehsal olunan məhsullar, Gəncə mətbəxinin nümunələri, şirniyyat və çay süfrələri açılmışdır.
"Şəhər günü" Azərbaycan Televiziyasının xüsusi proqramla hazırladığı möhtəşəm bayram konserti və atəşfəşanlıqla başa çatmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında